Bakıda “Heydər Əliyev – Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirilmişdir

 

 

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi” mövzusunda nəzəri-praktik konfrans keçirilmişdir.

DQMK-nın sədr müavini Vəfadar Misirov konfransı açaraq Azərbaycanda dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev görkəmli siyasi xadim olmaqla yanaşı, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, bir nömrəli dövlət qulluqçusu kimi tarixə düşmüşdür. Bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.

DQMK-nin sədri Bəhram Xəlilov ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə dilimizin dövlət, sovet və partiya orqanlarında işlək dilə çevrilməyə başladığını qeyd etmişdir. O, vurğulamışdır ki, ümummilli liderin sayəsində 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan edilmişdir. Hələ SSRİ dövründə gənclərin xaricə oxumağa göndərilməsi, milli kadrların dövlətin idarə edilməsində irəli çəkilməsi, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanması ulu öndərin adı ilə bağlıdır.

Dahi şəxsiyyətin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədi ilə atdığı addımlardan danışan B.Xəlilov bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Qanun da daxil olmaqla, dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qəbul olunmuş və “dövlət qulluğu” anlayışı gündəmə gəlmişdir.

Konfransın əhəmiyyətini vurğulayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov müstəqil dövlətimizin təşəkkül tapmasında, möhkəmləndirilməsində və beynəlxalq aləmdə tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, onun bu siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. Bildirilmişdir ki, dövlət qulluğunun inkişafı, müasirləşdirilməsi və real tələblərə cavab verə biləcək şəkildə formalaşdırılması əslində dövlət xidmətlərinin daha da yüksək səviyyədə vətəndaşlarımıza təqdim edilməsi məqsədini daşıyır. Bu baxımdan dövlət qulluğu ilə bağlı vahid dövlət siyasətinin təşəkkül tapması dövlətçiliyimizin inkişafına xüsusi, keyfiyyətcə yeni bir mərhələnin təcəssümüdür. Dövlət qulluğunun təşkili və icrası daha da yüksəlmişdir.

Tədbirdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislər təşkilatının sədri Natiq Əhmədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kadrlar şöbəsinin müdiri Zemfira Abbasova, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Şölə Əkbərova Azərbaycanda dövlət qulluğunun inkişafından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışmışlar. Bildirmişlər ki, dövlət qulluğunda işləmək üçün peşəkarların imtahan və müsabiqələr yolu ilə qəbulu da Prezident İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqətin nəticəsidir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında