İKT sektorunda İsveçrə ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir

 

 

Azərbaycanda səfərdə olan İsveçrə Federal Şurasının üzvü, İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın başçılıq etdiyi nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) görüş keçirilmişdir.

Nazirlikdən verilən məlumatda bildirilir ki, İsveçrənin müxtəlif şirkətlərinin təmsilçilərinin də iştirak etdiyi görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycan-İsveçrə münasibətlərinin uğurla inkişaf etdirilməsində digər sahələr kimi, İKT sektorunun da xüsusi rolu olduğunu vurğulamışdır.

Azərbaycanda 2013-cü ilin “İKT ili” elan edilməsini, dövlətin diqqətində olan bu sahənin ölkə iqtisadiyyatının gələcək inkişafı üçün prioritet sahə olduğunu qeyd edən nazir müavini gələcəkdə icra olunacaq bir sıra regional və milli layihələr, o cümlədən kosmik sənayenin inkişafı, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, eyni zamanda Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilindən söz açmışdır. İsveçrənin İKT sahəsində aparıcı ölkələrdən olduğunu diqqətə çatdıran E. Vəlizadə Azərbaycanda İKT sektorunda aparılan işlərdə sözügedən ölkənin təcrübəsinin əhəmiyyətli ola biləcəyini qeyd etmişdir.

Azərbaycanla uzun illər mövcud olan qarşılıqlı əlaqələrin intensiv şəkildə davam etdiyini və ölkəsinin bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayan nazir Yohan Şnayder İsveçrənin İKT sahəsində qazandığı nailiyyətlər və bu sektorun hazırkı durumu barədə məlumat vermişdir.

Müasir dünyada iqtisadiyyatın təkanverici və aparıcı qüvvəsi kimi məhz İKT sektorunun inkişafına xüsusi önəm verildiyini deyən isveçrəli nazir bu sahənin İsveçrədə prioritet istiqamət olduğunu nəzərə çatdırmışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair geniş müzakirələr aparılmışdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında