Konstitusiya Məhkəməsinin sədr müavini Slovakiyada beynəlxalq konfransda iştirak etmişdir

 

 

Slovakiyanın Koşitse şəhərində bu ölkənin Konstitusiya Məhkəməsinin yaranmasının 20 illiyinə həsr olunmuş “Konstitusiya məhkəmələrinin hüquqi mövqeləri və onların dövlətin hüquq quruluşuna təsiri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova konfransda iştirak etmişdir. S.Salmanova “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və onların Azərbaycanda qanunvericilik  prosesinə təsiri” mövzusunda çıxış etmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən  bildirmişlər ki, konfransda konstitusiya nəzarətinin hədləri, konstitusiya məhkəmələrinin hüquqi mövqeləri, bu mövqelərin milli qanunvericilik prosesinə təsiri, milli konstitusiya məhkəmələri ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qarşılıqlı əlaqəsi və digər məsələlər müzakirə edilmişdir.

Səfər çərçivəsində Slovakiya Respublikası Konstitusiya Məhkəməsinin və tədbirdə iştirak edən ölkələrin yüksək məhkəmə orqanlarının  nümayəndələri ilə görüşlər keçirilmiş, qarşılıqlı məhkəmə əməkdaşlığının təcrübə məsələləri barədə fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında