Kəmaləddin HEYDƏROV: “Zəlzələ zonasında 3245 fərdi yaşayış evi, 26 məktəb istifadəyə verilmişdir”

 

 

 “Aprelin 15-nə qədər Azərbaycanın zəlzələ baş vermiş 3 rayonunda Qax, Balakən və Zaqatalada 3245 fərdi yaşayış evinin tikintisi başa çatdırılmışdır”.

 APA-nın xəbərinə görə, bunu Zaqatalada fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir.

Nazirin sözlərinə görə, təhvil verilən evlərdən 292-si Qaxda, 203-ü Balakəndə, 2750-si Zaqataladadır.

Hazırda 1847 qəzalı evin tikintisi davam etdirilir.

Nazir istifadəyə verilən məktəblərlə birlikdə 26 məktəb binasının və 1 uşaq bağçasının istifadəyə verildiyini də qeyd etmişdir. Qısa müddətdə Zaqatalada 8, Qaxda 1, Şəki şəhərində 1 məktəb binası tikilib istifadəyə veriləcək.

Nazir onu da bildirmişdir ki, indiyə qədər əhaliyə 17 milyon 734 min manat yardım paylanılmışdır, bu vəsait əhaliyə poçt vasitəsilə ödənilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında