Vatikanın Cənubi Qafqazdakı nunsisi Müqəddəs Taxt-tac ilə Azərbaycan arasında münasibətlərin perspektivlərini yüksək qiymətləndirmişdir

 

 

I Fransiskin Roma Papası seçilməsi Vatikan ilə Azərbaycan arasında münasibətlərə müsbət təsir göstərəcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə Vatikanın Cənubi Qafqazdakı nunsisi Marek Solçinski demişdir.

O qeyd etmişdir ki, hələ bu barədə fikir söyləmək tezdir, çünki yeni Roma Papası lap yaxın vaxtlarda seçilmişdir. Nunsi demişdir: “Lakin yeni Papa artıq eyhamla bildirmişdir ki, o, müsəlman ölkələri ilə dialoqa hazırdır və mən əminəm ki, bu, Müqəddəs Taxt-tac ilə Azərbaycan arasında münasibətlərə müsbət təsir göstərəcəkdir.

M.Solçinski Bakıda “MDB müsəlmanları sülhə və sabit inkişafa tərəfdardırlar” mövzusunda konfransı da yüksək qiymətləndirərək vurğulamışdır ki, müxtəlif ölkələrdən bütün dini konfessiyaların nümayəndələrini bir masa arxasında toplamağa imkan verən belə bir tədbir, şübhəsiz, əməkdaşlığa və tolerantlığın möhkəmlənməsinə şərait yaradır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında