Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

 

Aprelin 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Alienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Marzuki Alie sürətlə inkişaf etmiş Azərbaycan ilə tanışlıqdan məmnunluğunu ifadə etmişdir. Qeyd etmişdir ki, səfərin əsas məqsədi Azərbaycanın və İndoneziyanın qanunverici orqanları arasında, eləcə də iqtisadi, mədəni sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır. Marzuki Alie səfərin iki dost ölkə arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirmişdir.

Görüşdə diqqətə çatdırılmışdır ki, indoneziyalı iş adamlarının regionda lider dövlətə çevrilmiş Azərbaycan ilə əlaqələrini daha da genişləndirmək və ölkə iqtisadiyyatına investisiya qoymaq niyyətləri bu münasibətlərin müsbət əhəmiyyət kəsb etməsindən xəbər verir. Belə ki, energetika, yeyinti sənayesi, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə, xüsusilə də istehsal və qeyri-neft sektorunun inkişafında birgə işin səmərəliliyi vurğulanmışdır.

Azərbaycanın beynəlxalq aləmdə bütün mütərəqqi ölkələrlə əlaqələri inkişaf etdirməyə hazır olduğunu deyən Baş nazir Artur Rasizadə İndoneziya ilə də əlaqələrin dərinləşdirilməsi üçün  hökumət tərəfindən bütün lazımi şəraitin yaradılacağını diqqətə çatdırmışdır. Bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini müdafiə edən İndoneziyaya minnətdarlığını bildirən Baş nazir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüz siyasəti və beynəlxalq hüquq normalarına zidd davranışları barədə ətraflı məlumat vermişdir.

Görüşdə, həmçinin tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılmışdır.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında