Milli mətbuatımızın dünəni, bü günü və gələcəyi müzakirə olundu

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə "Qafqaz Point" otelində "Milli mətbuatımızın dünəni, bü günü və gələcəyi" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan TUMİB-in baş katibi Rauf Əliyev yubiley münasibəti ilə jurnalistləri təbrik edərək bildirdi ki, mətbuatımız yarandığı ilk dövrlərdən ciddi çətinliklərlə qarşılaşmış, lakin "Əkinçi" qəzetini ərsəyə gətirən Həsən bəy Zərdabi kimi cəfakeş və fədakar ziyalılarımızın əməyi sayəsində inamla öz yolunu davam etdirmişdir. TUMİB-in baş katibi müasir dövrdə dövlətin mətbuata diqqət və qayğısını vurğulayaraq qeyd etdi ki, hazırda ölkədə 3500 mətbuat orqanı dövlət qeydiyyatından keçib.
Qurumun sədri Çingiz Bayramov çıxışında 135 illik dövrdə jurnalistikanın cəmiyyətin aparıcı qüvvəsi kimi ortaya çıxdığını bildirdi. TUMİB rəhbəri vurğuladı ki, Azərbaycan xalqı Şərq mətbuatının ilk qaranquşlarından olan "Əkinçi"nin simasında öz jurnalistika tarixilə fəxr edə bilər. O, TUMİB-in son aylarda apardığı monitorinqlərin nəticəsinə əsasən, bir qrup jurnalistin peşəkarlığına və medianın inkişafında göstərdiyi xidmətlərə görə "Seçkin" mükafatına layiq görüldüyünü söylədi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov dövlət-cəmiyyət-mətbuat əlaqələrinin dövlət müstəqilliyinin bərpasından sonra daha da dərinləşdiyini və yeni məzmun kəsb etdiyini, ölkənin ictimai-siyasi və mədəni həyatında medianın rolunun getdikcə artdığını bildirdi. Natiq vurğuladı ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı bu sahədə mühüm irəliləyişlərə səbəb olub. Natiq Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasının və uğurlu fəaliyyətinin ölkə mediasının müasir standartlara uyğun inkişafına yardım etdiyini dedi.
TUMİB-in mətbu orqanı olan "Seçkin" qəzetinin baş redaktoru Anar Əşrəfli hazırda Azərbaycan mətbuatının cəmiyyətdə aparıcı roluna toxundu və bildirdi ki, Azərbaycan cəmiyyətində söz və mətbuat azadlığı təmin olunub.
"Xalq qəzeti"nin təmsilçisi Tahir Aydınoğlu müstəqillik illərində mətbuatın qazandığı uğurlardan, müstəqil mətbuatın inkişaf perspektivlərindən söz açdı. O inamla bildirildi ki, bundan sonra da mətbuat cəmiyyətimizin inkişafında xüsusi rol oynayacaq, informasiya təminatında daha böyük uğurlar qazanacaqdır.
Sonda medianın inkişafındakı xidmətlərinə görə bir qrup media nümayəndəsi, o cümlədən "Xalq qəzeti"nin əməkdaşı Əliqismət Bədəlov TUMİB-in təsis etdiyi "Seçkin" fəxri diplomuna layiq görüldü.

{nl}


Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında