Binəqədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı

 

 

Bu münasibətlə rayondakı  Zərifə xanım Əliyevanın adını daşıyan parkda anım mərasimi keçirildi. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tanınmış ziyalılar iştirak edirdilər.

Tədbir iştirakçıları  parkda Zərifə xanım Əliyevanın abidəsinin önünə gül dəstələri düzdü, xatirəsini dərin ehtiramla yad etdilər.

Rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov bizimlə söhbətində Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açdı. Bildirdi  ki,  Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır. Görkəmli alim Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədilə dəyərli elmi  axtarışlar aparmışdır.

Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedalı insan və qayğıkeş ana idi.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında