Heydər Əliyev - böyük siyasətçi və ziyalı

{nl}

Mingəçevir şəhərində Heydər Əliyev muzeyi nəzdində yaradılmış "Zəka" klubunun ilk məşğələsi keçirilmişdir.
Məşğələdə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 41-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev - böyük siyasətçi və ziyalı" mövzusu ətrafında diskusiya keçirilmişdir. Klubun qonağı, şəhər icra hakimiyyəti başçısının birinci müavini, YAP şəhər təşkilatı sədrinin müavini, siyasi elmlər namizədi İlham İsmayılovun təqdimatı ilə başlayan məşğələdə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi, ölkədə görülən işlər, iqtisadi yüksəliş, bu yüksəlişin içərisində Mingəçevirin 70-80-ci illərdə inkişaf istiqamətləri, ulu öndərin Moskvaya rəhbər işə irəli çəkilməsi və onun həmin dövrdə Azərbaycana diqqət və qayğısı barədə söhbətlər edilmişdir. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin bugünkü müstəqil Azərbaycanın inkişafında rolu barədə müzakirələr aparılmışdır.

{nl}


İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında