Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu quruma üzv qəbul olunmaq istəyənlər üçün sənədlərin qəbuluna başlayır

Respublika Vəkillər Kollegiyasının Rəyasət Heyətindən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Vəkillər Kollegiyasına üzv qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər kollegiyanın rəyasət heyətinə aşağıdakı sənədlərlə müraciət edə bilərlər: Vəkillər Kollegiyası Rəyasət Heyətinin müəyyənləşdirdiyi vahid formada ərizə; şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydada təsdiq edilmiş); ali təhsil barədə diplom və onun notariat qaydada təsdiq edilmiş surəti; əmək kitabçasının notariat qaydada və ya iş yerində təsdiq edilmiş surəti; kadrların şəxsi məlumat vərəqəsi; tərcümeyi-hal; əqli cəhətdən sağlamlıq barədə tibbi arayış; 3-4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil; 4-6 sm ölçüdə rəngli fotoşəkil.
Sənədlər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında (Bakı şəhəri, Səməd Vurğun küçəsi 32) iyulun 15-dən sentyabrın 15-dək iş günləri (şənbə və bazar günləri istisna olmaqla) saat 14.00-dan 18.00-dək qəbul edilir.
İxtisas imtahanlarının vaxtı haqqında əlavə məlumat veriləcəkdir. Vəkillər Kollegiyası Rəyasət Heyətinə 494-14-95 və 494-08-70 nömrəli telefonlara zəng vurub əlavə məlumat almaq olar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında