Qərb Universiteti Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti ilə birgə “Kulturologiya və milli inkişaf” mövzusunda kulturoloji seminar keçirdilər.
Qərb Univesitetində keçirilən seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,"Simurq" Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədri Fuad Məmmədov açdı.
Seminarda Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvləri- Azərbaycan Milli Aviasiya Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının müdiri, xalq şairi, professor Nəriman Həsənzadə “Kulturologiya və yaradıcı fəaliyyət”, Azərbaycan Yaradıcılıq Fondu sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlı “ Kulturologiya və Azərbaycanın qeyri-hökumət təşkilatları”, Bakı Oksford məktəbinin departament rəhbəri Ceyhun Rzayev “Kulturologiya və Azərbaycanda təhsilin inkişafı”, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin sədr müavini, BDU-nun dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru, polis polkovniki Tahir Behbudov “İntellektual inkişaf problemləri”, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü Fuad Məmmədov “Kulturologiya və milli inkişaf” mövzularında məruzələr etdilər.
Professor Nəriman Həsənzadə kulturologiyanı insanın həyat fəaliyyəti haqqında strateji elm kimi qiymətləndirdi, Azərbaycan cəmiyyətinin inkişafında onun rolunu açıqladı və rəqabətqabiliyyətli inkişafı kulturoloji tədqiqatlar sahəsinin genişləndirilməsini tələb edən yaradıcı fəaliyyətin ruhi mədəniyyətin vəziyyətindən asılılığını da göstərdi. Həmçinin milli kulturologiyanın inkişafına professor Fuad Məmmədovun verdiyi ciddi töhfəni qeyd etdi və yüksək ixtisaslı, geniş profilli mütəxəssislərin hazırlanması, dövlət qulluqçularının ixtisasının artırılması, insan kapitalının inkişafı və respublika əhalisinin kulturoloji maarifinin inkişafı üçün onun tərəfindən nəşr edilmiş “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” dərs vəsaitinin yüksək elmi praktik əhəmiyyətini xüsusi olaraq nəzərə çatdırdı.
Rafiq Kəşanlı öz çıxışında Azərbaycanın qeyri-hökumət təşkilatlarının ruhi mədəniyyətin inkişafına verdiyi töhfədən. Azərbaycan xalqının mədəni irsinin qorunması və inkişafında “Simurq” AMA-nın xidmətlərindən danışdı.
Ceyhun Rzayev məruzəsində intellektual mədəniyyətin inkişafı üçün kulturoloji tədqiqatların və Azərbaycan xalqının ruhi mədəniyyətinin flaqmanı olan milli təhsilin təkmilləşdirilməsinin əhmiyyətini açıqladı.
Tahir Behbudov milli inkişaf üçün kulturologiyanın strateji əhəmiyyəti, respublikada kulturologiyanın institutlaşdırılması, uyğun kulturologiya mərkəzinin yaradılması məsələlərində Avropa hüquq sisteminə adaptasiya olunmasının zəruruliyi haqqında danışdı. Eyni zamanda, kulturologiya sahəsində ekspert fəaliyyətinin həyata keçirilməsinin vacibliyini, Azərbaycanda Kulturoloji Tədqiqat İnstitutunun yaradılmasi və bu məsələlər üzrə Mədəniyət və Turizm Nazirliyinə müraciət etməyin zəruriliyini qeyd etdi.
Fuad Məmmədov dünya və milli kulturologiyanın yaranma tarixi haqqında qısa məlumat verdi, onun tədqiqat metodologiyası və metodlarını, mədəniyyətin əsas anlayışlarını açıqladı. Dünya təcrübəsinə istinad edərək idarəçilik problemlərinin, universal kulturoloji bilikli siyasətçi və məmurların hazırlanması, məqsədlərinın formalaşdırılması və təkmilləşdirilməsi, düzgün dövlət qərarlarının qəbulu, ölkənin rəqabətqabiliyyətli inkişaf modelləri və texnologiyalarının təhlili üçün kulturologiya elminin strateji əhəmiyyətini əsaslandırdı. Mədəniyyət və Turuzm Nazirliyinin pozitiv rolunu qeyd edərək bəzi müəssisələr tərəfindən kulturologiyaya qeyri-professional yanaşmanı tənqid etdi.
Kulturologiyanın aktual problemlərinin müzakirəsi prosesində Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Medina, “Simurq” AMA-nın birinci vitse-prezidenti, AMEA-nın akademiki Maqsud Əliyev, Bakı Dövlət Universiteinin professorları İzzət Rüstəmov, Əsədulla Qurbanov, Şahlar Əsgərov, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mustafa İsgəndərzadə, AMEA-nın Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun baş elmi işçisi Əhməd Qəşəmoğlu, tibbi kibernetika sahəsində mütəxəssis Adil Şamilov çıxış etdilər.
Çıxış edən alim və mütəxəssislər Azərbaycanda dövlət ququruculuğu və idarəçiliyi, insan kapitaləının inkişafı üçün kulturologiyanın strateji əhəmiyyətini qeyd etdilər. Milli kulturologiyanın inkişafının, onun elm və tədris fənni kimi institutlaşdırılmasının, kulturologiya sahəsində dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsinə, kulturologiya universitetinin yaradılmasının dəstəklənməsinə yönəldilmiş tövsiyyələrin işlənib hazırlanması ilə bağlı təkliflər söylənildi. İştirakçılar bütün səviyyələrdə dövlət qulluqçularının xüsusi kulturoloji maarifinin həyata keçirilməsinin vacibliyini də qeyd etdilər.
Alimlər bu yaxınlarda çapdan çıxmış AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Simurq” AMA ilə birgə hazırladığı, Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq edilmiş “İdarəetmə mədəniyyəti.Xarici ölkələrin təcrübəsi.” monoqrafiyasına qiymət verdilər. Tələbələr və məmurlar üçün nəzərdə tutulmuş, dünyanın ən çox inkişaf etmiş ölkələrinin çoxillik idarəetmə mədəniyyəti təcrübəsinin ümumiləşdirdiyi monioqrafiyanın Azərbaycan Dövlət Mükafatına təqdim edilməsi haqqında təklif irəli sürüldü.
Seminar iştirakçıları milli kulturologiyanın inkişafı və milli maraqlara cavab verməyən destruktiv proseslərdən müdafiə olunması üzrə ekspert-kulturoloqların təkliflərinin işlənib hazırlanması və Azərbaycan Hökimətinə göndərilməsi üçün nüfuzlu alimlərdən ibarət komissiya yaratdılar.
“Simurq” AMA-nın fəal üzvləri- “Simurq” AMA-nın vitse-prezidenti, Azərbaycan Respublikası “Prant” Beynəlxalq İnformasiya Agentliyinin prezidenti, beynəlxalq mükafatlar laureatı Yusif Ələkbərovun anadan olmasının 65 illik, “Sinam” şirkətinin layihə meneceri, fizika-riyaziyyat elmləri namizədi Firudin Əhmədovun anadan olmasının 60 illik yubileyləri münasibətilə və Fidan Fərəcovaya Assosiasiyanın yaradıcı fəaliyyətinin inkişafındakı xidmətlərinə görə Diplom və “Simurq” beynəlxalq medalı təqdim edildi.
A.SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.