Binəqədi gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi gücləndirilir

 

Aprelin 12-də Daxili Qoşunların Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi.

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə təşkil edilən mərasimi giriş sözü ilə açan rayonun gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov gənc şahinləri salamladı və qeyd etdi ki, belə tədbirlər rayon gənclərinin vətənpərvərlik ruhda böyüməsi, hərbi-fiziki hazırlıqlarının artırılması üçün böyük əhəmiyyət daşıyır.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  rəis müavini Aydın Yusifov bütün sahələri yüksək sürətlə inkişaf edən Azərbaycanda yeniyetmə və gənclərin hərtərəfli inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açdı. Natiq qeyd etdi ki, sabahın qurucuları olan gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların sağlam ruhda böyüməsi ümdə məsələlərdən biridir və belə tədbirlər gənclərin fiziki hazırlıqlarının artırılması, ordu sıralarına hazırlanması məqsədilə keçirilir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov “Şahin” hərbi-idman oyunlarının məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlığını inkişaf etdirməkdən ibarət olduğunu diqqətə çatdırdılar.

Rayonun 31 tam orta məktəbindən 527 şagirdin iştirak etdiyi yarışın nəticələrinə görə 100, 182 və 115 saylı tam orta məktəblərin komandaları ilk üç yerə layiq görüldülər.

Leyla QURBANOVA,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında