BMT Bakını öz təsnifatında "A" dərəcəli xidmət yeri kimi təyin etmişdir

Azərbaycan paytaxtında yaşayış şəraitinin sürətlə yaxşılaşmasını nəzərə alan Birləşmiş Millətlər Təşkilatı cari il iyulun 1-dən Bakını öz təsnifatında "A" dərəcəli xidmət yeri kimi təyin etmək qərarına gəlmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, BMT sistemində xidməti yerlərin təsnifatı "A"-dan "E"-yə kimi sıralanır və bu yerlərə ezam olunmuş BMT-nin beynəlxalq heyət üzvlərinə yaşayış üçün bəzi münasib şərtlərin olmaması müqabilində əlavə ödəmə həyata keçirilir.
"A" kateqoriyasına daxil olan xidməti yerlər yaxşı yaşayış şəraitinə malik yerlər hesab olunduğundan əlavə ödəmə nəzərdə tutulmur.
Azərbaycanla qonşu olan ölkələrə nəzər saldıqda BMT-nin fəaliyyət göstərdiyi əsas şəhərlərin hazırkı sıralanması aşağıdakı kimidir: Bakı, Ankara, İstanbul, Moskva - A, Tehran, Yerevan - C, Aşqabad, Tbilisi - D.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında