Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Heydər Əliyev Fondunda olmuşlar

 

 

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri  aprelin 13-də Heydər Əliyev Fondunda olmuşlar.

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn gənclərə fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.

Gənclər Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.

Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasında, ölkəmizin dünya birliyinə qovuşmasında qüdrətli liderin qurub yaratdığı, rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının böyük rolunu, onun qurultaylarında iştirakını əks etdirən fotosənədlər gənclərdə xüsusi qürur hissi doğurdu.

Sonra gənclər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxmışlar.

YAP Gənclər Birliyinin üzvləri xatirə şəkli çəkdirmiş və fonddan zəngin təəssüratla ayrılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında