Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirmişdir

 

 

Maliyyə Nazirliyi Aparatının kollektivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində aprelin 13-də ağacəkmə aksiyası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Maliyyə Nazirliyinin rəhbərliyinin də iştirakı ilə Zığ şosesi - Hava Limanı avtomobil yolunun Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən keçən hissəsinin ətrafında ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı yüzlərlə ağac əkilmişdir.

Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş, suvarma işləri görülmüşdür.

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırmaya xüsusi diqqət yetirilir. Bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilir.

Maliyyə Nazirliyinin kollektivi də hər il dövlətimizin başçısının bu sahədə müəyyən etdiyi vəzifələrin yerinə yetirilməsində fəallıq göstərmək məqsədi ilə könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edir. Belə iməciliklərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında