Kubanın “Prensa Latina” milli informasiya agentliyi AzərTAc ilə əməkdaşlıq qurmaq arzusundadır

 

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Kubanın “Prensa Latina” milli informasiya agentliyinin prezidenti Luis Enrike Qonzales Akosta və bu ölkənin Azərbaycandakı səfiri Omar Senon Medina Kinteron aprelin 12-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) olmuşlar.

AzərTAc-ın keçdiyi inkişaf yolu haqqında qonaqlara məlumat verən baş direktor Aslan Aslanov agentliyin ölkənin informasiya həyatındakı rolundan danışmışdır.

Milli informasiya agentliklərinin Azərbaycan-Kuba əlaqələrinin inkişafındakı rolunun müzakirə edildiyi görüşdə Aslan Aslanov ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində informasiya mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Baş direktor bildirmişdir ki, milli informasiya agentlikləri arasında əlaqələrin qurulması Azərbaycan-Kuba münasibətlərinin inkişafına da töhfə verəcəkdir.   

Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumunun əhəmiyyətini vurğulayan Luis Enrike Qonzales Akosta Azərbaycana ilk səfərindən məmnunluğunu bildirmiş, ölkəmizdə gördüyü inkişaf proseslərinin, eləcə də xalqımızın qonaqpərvərliyinin onda xoş təəssürat yaratdığını bildirmişdir.  

Luis Enrike Qonzales Akosta rəhbərlik etdiyi “Prensa Latina” informasiya agentliyinin AzərTAc ilə əməkdaşlıq qurması arzusunda olduğunu diqqətə çatdırmışdır. Qonaq, həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir.

Səfir Omar Senon Medina Kinteron Azərbaycan və Kuba xalqları arasında oxşar cəhətlərin olduğunu söyləmiş, ölkələrimizin münasibətlərinin hələ Sovet İttifaqı dövründə yarandığını vurğulamış, bu əlaqələrin getdikcə daha da inkişaf etdiyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında