Nəqliyyat naziri Qubada vətəndaşları qəbul etmişdir

 

 

Aprelin 12-də nəqliyyat naziri Ziya Məmmədov Qubada bu rayondan, həmçinin Xaçmaz, Qusar və Şabrandan  olan vətəndaşları qəbul etmişdir. Qəbulda Nəqliyyat Nazirliyinin digər struktur rəhbərləri də iştirak etmişlər.

Qəbul zamanı bu regionda yaşayan 100-ə yaxın vətəndaşın nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılmışdır. Vətəndaşların müraciətlərinin bəziləri yerindəcə həll edilmiş, digər məsələlərlə bağlı nazirliyin əlaqədar struktur rəhbərlərinə tapşırıqlar verilmişdir.

 Yerli sakinlərin müraciətlərinin əksəriyyəti  kənd yollarının abadlaşdırılması ilə bağlı olmuşdur.

Nazir Ziya Məmmədov respublikamızda yol tikintisi istiqamətində olduqca böyük layihələrin gerçəkləşdiyini bildirmiş, eyni zamanda, kənd yollarının abadlaşdırılmasının da ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu  qeyd etmişdir. Bildirmişdir ki, yaxın gələcəkdə kənd yaşayış məntəqələrinə yolların çəkilməsi prosesi sürətləndiriləcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında