Ukrayna Milli Televiziyası Azərbaycan haqqında xüsusi proqram hazırlamışdır

 

 

Ukrayna Milli televiziyasının"Teleakademiya"proqramı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin  fəaliyyəti ilə bağlı xüsusi buraxılışın çəkilişinə başlamışdır.

Aprelin 24 -də efirə gedəcək verilişdə  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin yarandığı 3 il ərzində həyata keçirdiyi çoxsaylı tədbirlər və sosial layihələr, azərbaycanlı gənclərin Ukraynanın ictimai-siyasi, elmi və mədəni həyatına  inteqrasiyası  geniş tamaşaçı auditoriyasına təqdim ediləcək. Proqramda Azərbacanın qədim adət-ənənələrinə, zəngin mədəniyyətə və milli-mənəvi dəyərlərinə də xüsusi yer ayrılmışdır. Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, “Teleakademiya”nın Azərbaycana həsr olunmuş xüsusi buraxılışında  Ukraynada  yaşayan və təhsil  alan  azərbaycanlı gənc fəallarla müzakirələr aparılacaq. Proqramda Ukrayna Milli Televiziyasının tanınmış aparıcısı Natalya Yakovenko ilə UAGB-in sədr müavini İlhamə Allahverdiyeva “Bakinskiy oçaq” restoranının baş aşpazı Eminin təqdimatında Azərbaycan milli mətbəxinin sirlərini açacaqlar. “Dünyanın ən dadlı və ləziz yeməklərini Azərbaycan mətbəxində axtarmaq lazımdır” - UAGB-nin sədr muavini  İlhamə Allahverdiyeva bu sözlərlə ukraynalı tamaşaçıların diqqətini  Azərbaycanın zəngin mətbəx mədəniyyətinə yönəldir. Ukraynadakı Azərbaycan diasporunun nümayəndəsi iki ölkə arasında  dostluq və qardaşlıq münasibətlərindən və bu əlaqələrin inkişaf etdirilməsində gənclərin üzərinə düşən öhdəliklərdən də danışmışdır. Verilişin sonunda Ukrayna  Milli Televiziyasının aparıcısı Ukraynada 24 aprel – Azərbaycanlı Gənclərin həmrəylik gününün qeyd olunmasının tarixi əhəmiyyətindən danışaraq Ukrayna Azərbaycanlı Gənclər Birliyinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında