Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə daha bir uğurlu əməliyyat həyata keçirmişlər

 

 

Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirmişlər.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İran İslam Respublikasından gömrük nəzarətindən kənar, yəni, qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin gətirilərək Cəlilabad rayon Şükürlü kəndinin iki kilometrliyindəki yolun hərəkət hissəsindən keçən su ötürücü borusunda gizlədilməsi barədə Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata  əsasən şöbə əməkdaşlarının Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri həyata keçirmişlər. Nəticədə “QAZ 33021” markalı 10 EN 540 dövlət nömrə nişanlı avtomobillə həmin yerə gəlmiş sərnişin Fərəcov Elsevər Fəyyaz oğlu avtomobildən düşüb nəzarətə götürülmüş su borusundan 1 sellofan kisədə külli miqdarda–1kiloqram 820 qram qurudulmuş marixuana və 4kiloqram 520 qram həşiş qətranını götürərkən saxlanılmışdır. Bunu görən sürücü Piriyev Yalçın Miri oğlu hadisə yerindən qaçmağa cəhd göstərərkən gömrük əməkdaşları tərəfindən yaxalanmışdır.

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində həmin fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış və Piriyev Yalçın Miri oğlu ilə Fərəcov Elsevər Fəyyaz oğlu şübhəli şəxs qismində tutulmuş, onlara Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə  həbs qətimkan tədbiri seçilmişdir.

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan cinayətkar qrupun digər üzvlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri davam etdirilir.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında