Naxçıvan MR Daxili İşlər Nazirliyi İbrahim İbrahimlinin döyülməsi ilə bağlı açıqlama yaymışdır

 

 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimlinin döyülməsi ilə bağlı açıqlama yaymışdır.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-ya daxil olan açıqlamada qeyd olunur ki, İbrahim İbrahimlinin Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində özlərini DİN əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq fiziki təzyiqlər göstərilməsi və təhqir edilməsi barədə səsləndirdiyi ittihamlar tam əsassız və uydurmadır.

 Açıqlamada daha sonra bildirilir: “Hadisənin ilkin araşdırılması zamanı məlum olub ki, İbrahim İbrahimli 6 aprel 2013-cü il tarixdə Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində olarkən saxta “xalq diplomatiyası” haqqında söhbətlər aparıb, orada iştirak edən sakinlərə ermənilərlə qeyd-şərtsiz barışıq içində yaşamağın lazım olduğunu təbliğ etməyə çalışıb. Bu iddialarının davamı olaraq o, xalq tərəfindən ciddi qınaq obyekti olan yazıçı Əkrəm Naibovu və onun “Daş yuxular” adlı romanının ideya xəttini müdafiə edib, bu isə son nəticədə həmin yas mərasimində iştirak edən yaşlı ağsaqqalların, gənclərin və yas mərasimini aparan şəxsin hiddətinə səbəb olub. Yas mərasimini idarə edən din xadimi İbrahim İbrahimliyə dini inanclarımıza əsaslanaraq Vətənə, xalqa qarşı böhtan atmanın, düşmən milləti öz millətindən üstün tutmanın düzgün olmadığını izah edib, Həzrəti Peyğəmbərin “öz xalqından üz döndərib başqa xalqa tapınanlar axmaqların axmağı, yolunu azmışların böyüyüdür”, “Vətəni sevmək imandandır” kəlamlarını misal çəksə də, İbrahim İbrahimli bunlara məhəl qoymayaraq öz fikirlərində israr edib. Bundan sonra yaşlı nəslin bir neçə nümayəndəsi tərəfindən ondan yas mərasimini tərk etməsi tələb olunub. Yaranmış vəziyyətlə əlaqədar yas mərasimini tərk etməyə məcbur olan İ.İbrahimli kəndi tərk edərkən sakinlərlə təkrar mübahisəyə başlayıb, onu müşayiət edən qohumları ilə birlikdə gənclərə qarşı təhqirlər səsləndirməsi isə dava-dalaşla nəticələnib.

İbrahim İbrahimlinin qeyd olunan hadisənin dərhal araşdırılması üçün Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmək əvəzinə, nazirlik və digər dövlət orqanlarına qarşı əsassız ittihamlar irəli sürməsi onun muxtar respublikaya əslində hansı çirkin niyyətlərlə gəlməsinin əyani sübutudur. Naxçıvan MR Daxili İşlər Nazirliyi onun bu kimi əsassız ittihamlarını ucuz siyasi dividendlər qazanmaq cəhdi kimi qiymətləndirir və bildirir ki, İbrahim İbrahimli müraciət edəcəyi təqdirdə, hadisə istintaq yolu ilə araşdırıla bilər”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında