Ünvanların verilməsi və ünvan lövhələrinin quraşdırılması işlərinə başlanmışdır

 

 

Bakının və respublikamızın digər şəhərlərinin küçə və prospektlərində binalara Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi və müasir dizaynlı lövhələrin vurulması işlərinə başlanılmışdır.

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə" Fərmanın icrası məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilyanvarın 1-dən etibarən ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri həyata keçirilir.

Yeni qaydalara əsasən, ünvanların verilməsi işlərinə başlanmazdan əvvəl Azərbaycanda milli ünvan reyestrinin informasiya sistemi hazırlanmışdır. Bu sistem ölkə üzrə ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyini təmin edən vahid məlumat bazasına malik olacaqdır. Azərbaycanda mövcud olan ünvan məlumatlarının vəziyyəti və problemlər hərtərəfli təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilmişdir.

Cari ilin aprelindən Bakı şəhərində mövcud olan küçə, prospekt, xiyaban, meydan və eləcə də nəqliyyat infrastrukturu obyektləri üzrə yeni qaydalar əsasında verilmiş ünvanlara uyğun olaraq hazırlanmış ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılmışdır. Bakı şəhəri üzrə 2500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması ilin sonunadək başa çatdırılacaqdır. Bu işlərin icrası 2013-cü il ərzində respublikanın digər şəhər və rayonlarını da əhatə edəcəkdir.

Ünvan lövhələrinin quraşdırılması işləri mərhələlərlə başa çatdıqdan sonra mütəmadi olaraq vətəndaşlara, dövlət təşkilatlarına, hüquqi şəxslərə, həmin ərazidə yaşayan sakinlərə yeni ünvanları barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq qaydada ətraflı məlumatlar veriləcəkdir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında