Şamaxı: gözəlliklər diyarında yeni fidanlar əkilir

Şamaxı ölkəmizin ən dilbər güşələrindən biridir. Bu fikir dəfələrlə işlənilmiş ifadə olsa da, həqiqətdir. Buranın əsrarəngiz təbiəti, zəhmətkeş, qurub-yaratmaq eşqilə çağlayan insanları başqa bir aləmdir. Bir sözlə, Tanrı bu diyardan gözəllikləri əsirgəməyib. Ancaq maraqlısı da budur ki, bu gözəlliklərlə kifayətlənməyən şamaxılılar ekoloji mühitin daha da yaxşılaşdırılması, atmosferin təmizlənməsi üçün təcili addımlar atırlar - münbit təbii şəraitdən bəhrələnərək yeni fidanlar əkirlər.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Sərdar Ömərov maraqlı bir faktı diqqətə çatdırdı. Onun məlumatına görə, 2009-cu ilin payız mövsümündə Şamaxı şəhərinin müxtəlif ərazilərində - Heydər Əliyev parkında, Heydər Əliyev küçəsində, S.Ə.Şirvani küçəsində, Bakı - Şamaxı magistral yolunun şəhərə girşində 6000-dən çox ağac əkilmişdir. 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar olaraq Şamaxı rayonunda ağacəkmə kampaniyası daha geniş vüsət almışdır. Martın 10-dan başlayaraq müxtəlif ərazilərdə ağaclar əkilir və onlara lazımi qulluq göstərilir. Martın 10-u və aprelin - 3-ü tarixlərində keçirilən iməciliklərdə şəhər mərkəzində, kənd və qəsəbələrdə, Bakı - Şamaxı magistral yolunun şəhərə yaxın hissəsində, Heydər Əliyev parkında, Nərimanov küçəsində, Şamaxı - Pirqulu yolunun girişində, Şamaxı - Ağsu yolunun ətrafında 20000-dən çox ağac əkilmişdir. Rayon icra hakimiyyətinin əməkdaşları, meşə mühafizəsinin, mərkəzi xəstəxananın, Şamaxı Mədəni-Maarif Texnikumunun, İqtisadiyyat Kollecinin, Müəllimlər İnstitutunun Şamaxı filialının əməkdaşları və tələbələri ürəklə bu nəcib və xeyixah işdə iştirak etmişlər.
Şamaxı Rayon Müharibə və Əmək Veteranları Şurasının sədri, ağsaqqal Ağarza Bayramovun da deməyə sözü var:
- Bəlkə də bəziləri fikirləşər ki, aran zonası olmadığına və hər tərəfdən dağlarla, meşələrlə əhatə olunduğuna görə Şamaxıda ağac əkilməsinə bu qədər diqqət yetirməyə ehtiyac yoxdur. Ancaq mən bir məşhur atalar məsəlini xatırlatmaq istəyirəm, deyir: bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Elə bilirəm ki, məhz Şamaxıda bu işə necə ciddiliklə yanaşılması bəzi bölgələrə nümunə olmalıdır. Ağacın, yaşıllığın dəyərini çox yaxşı bilən və doğma Azərbaycanımızı yaşıllıqlar məskəninə çevirmək üçün var qüvvəsini əsirgəməyən ulu öndərimiz həmişə ürəkağrısı ilə, təəssüflə vurğulamışdır ki, bir ağac kəsiləndə elə bilirəm qolumu kəsirlər. Məncə, bu işin əhəmiyyətini heç nə bu sözlər qədər ifadə edə bilməz. Sözsüz ki, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə ekoloji vəziyyətin normallaşdırılması istiqamətində qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Hərəmiz bir ağac əkək" kampaniyasının geniş vüsət alması vətənini sevən bütün insanların ürəyincədir. Biz şamaxılılar həm də ona görə sevinirik ki, rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov Şamaxının təbii gözəlliklərinə insan əlinin də gözəllik qatmasına xüsusi diqqət göstərir. Bizim öhdəmizə düşən isə odur ki, köməyimizi əsirgəməyək, gələcək nəsillərə örnək işlərdə nümunə olaq.{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında