Azərbaycanın Gəncə şəhəri “Avropa Gənclər Paytaxtı-2016” müsabiqəsinin finalına çıxmışdır

 

 

Gəncə Avropa Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən “Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsində 12 ölkə arasında keçirilən seçimlərdə finala çıxan 5 şəhərdən biri olmuşdur.

Bununla bağlı keçirilən ümumşəhər toplantısında çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Avropa gənclərinin bu mötəbər müsabiqəsində Gəncənin qazandığı nailiyyəti bütün Azərbaycan gənclərinin qələbəsi kimi dəyərləndirmişdir.

Sonra müsabiqəyə hazırlıq məqsədilə təşkil olunmuş komissiyanın sədri Mikayıl Zeynalov çıxış edərək son illər şəhərdə Gəncənin Avropanın gənclər paytaxtı olması istiqamətində görülən işlərdən, həyata keçirilən beynəlxalq tədbirlərdən danışmışdır.

Gəncənin “Avropa Gənclər Paytaxtı-2016" müsabiqəsində finala çıxmasını böyük nailiyyət kimi qiymətləndirən şəhər gəncləri onun növbəti mərhələdə də qalib olmasını arzulamışlar.

Toplantıda Gəncənin tarixinin öyrənilməsi, bu qədim yaşayış məskəninin yaşının dəqiqləşdirilməsi ilə bağlı məsələ də müzakirə edilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək hazırda bu istiqamətdə aparılan elmi araşdırmalardan danışmış, bu işə dünyanın tanınmış alimlərinin cəlb edildiyini diqqətə çatdırmışdır.

Tədbirdə iştirak edən alimlər Gəncənin əsl tarixi ilə bağlı başlanan tədqiqatların davam etdirilməsi üçün təklif və tövsiyələrini vermişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında