Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu artır

 

 

Aprelin 11-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizə səfərə gəlmiş Slovakiyanın baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə slovakiyalı qonaq Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin artan rolunu vurğulamaqla yanaşı, öz ölkəsinin iqtisadiyyatının da dinamik artımını nəzərə çatdırmışdır. Bu baxımdan o, indiki halda əməkdaşlığımızın səviyyəsinin ölkələrin iqtisadi potensialına cavab vermədiyini və iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu xatırlatmışdır.

Daha sonra görüşdə sıx iqtisadi əlaqələrin yaradılmasına dövlət və özəl qurumların təmsilçilərinin cəlb edilməsinin zəruriliyi qeyd olunmaqla bildirilmişdir ki, məhz bu məqsədlə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibinə qatılan Slovakiya işgüzar dairələrinin təmsilçiləri azərbaycanlı həmkarları ilə görüşəcəklər. Həmin işgüzar görüşdə əlaqələrin mövcud vəziyyəti, ötən dövr ərzində görülən işlər və əməkdaşlığın perspektivləri müzakirə ediləcək, qida sənayesi, kənd təsərrüfatı, ticarət, maşınqayırma, tikinti, nəqliyyat, turizm və digər sahələrin iş adamları biznes və investisiya imkanlarını öyrənəcək, əməkdaşlığa dair danışıqlar aparacaqlar.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən baş nazir Artur Rasizadə, bir sıra beynəlxalq təşkilatların bu problemin həllinə ikili standartlarla yanaşdığını vurğulamaqla, Azərbaycan tərəfinin münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi şərtləri daxilində həllinə razı olduğunu bir daha vurğuladı.

Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında