“Yeni Azərbaycan” qəzetinin yubiley nömrəsi işıq üzü görmüşdür

 

 

Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi orqanı “Yeni Azərbaycan” qəzetinin 20 yaşı tamam olur. Düz 20 il əvvəl - 1993-cü il aprelin 10-da ilk nömrəsi işıq üzü görən “Yeni Azərbaycan” ötən müddətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş, ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətinin, həmçinin YAP-ın fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasında ön sıralarda dayanmışdır.

Qəzetin redaksiyasından bildirmişlər ki, bu məqam “Yeni Azərbaycan”ın 2013-cü il 10 aprel tarixli nömrəsində işıq üzü görmüş yubiley nömrəsində xüsusi olaraq vurğulanmışdır. Yubiley nömrəsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan mətbuatına dövlət qayğısı siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən, eyni zamanda, qəzetin ötən dövrdəki fəaliyyətindən söz açan məqalə, dövlət rəsmilərinin, deputatların, kütləvi informasiya vasitələri rəhbərlərinin və ölkəmizin tanınmış ictimai-siyasi xadimlərinin redaksiya kollektivinə ünvanladıqları təbriklər, həmçinin respublikamızın daxili və xarici siyasətindən bəhs edən yazılar öz əksini tapmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında