Füzulinin Böyük Bəhmənli kəndində səyyar qəbul

 

Füzuli Rayon İcra Hakimiyyətinin Böyük Bəhmənli  kəndində  keçirdiyi  səyyar  qəbulda  sakinləri  narahat edən  məsələlər,  onların  qayğı  və  ehtiyacları  diqqət  mərkəzində  olmuşdur.

Rayon icra  hakimiyyətinin  başçısı Alı  Alıyev  görüşə  toplaşanları  salamlayaraq bildirmişdir ki,  yerlərdə  vətəndaşların  müraciətlərinə  həssas  münasibət, sosial  problemlərin  ardıcıl  aradan  qaldırılması, əhalinin  güzəranı  ilə bağlı bütün  məsələlərin yerindəcə həll  edilməsi  yönündə  Prezident  İlham Əliyevin  tövsiyə və tələbləri  Füzuli rayonu  üçün  daha önəmlidir.  İşğaldan azad edilmiş yaşayış  məntəqələrinin, bütövlükdə, cəbhə  bölgəsinin  problemləri  dövlət  səviyyəsində  nəzarətdə saxlansa  da,  sistemli  tədbirlər  həyata keçirilsə də yenə görüləsi işlər çoxdur.

Bildirilmişdir ki,  rayon rəhbərliyinin son  2 ildə əhali  ilə  keçirdiyi  silsilə  görüşlərdə bir  sıra  nöqsan  və çatışmazlıqları yerindəcə öyrənilib aradan qaldırılmışdır. Nəticədə, mərkəzi respublika təşkilatlarına  müraciətlər  xeyli  azalmışdır. Belə  görüşlərdən  sonra  rayon  rəhbərliyinə  şikayətə  gələnlərin  sayı  da  aşağı  düşmüşdür. Bu gün də kənd  adamlarını  narahat edən, narazı  salan  bütün  məsələlər  qanun  və imkan daxilində  yoluna  qoyulacaq.

Sonra  xidmət  təşkilatlarının  rəhbərlərindən  qaz istismar  sahəsinin  rəisi  Kamil  İsayev,  suvarma  sistemləri  idarəsinin  rəisi  Əhməd  Əsgərov,  meliaservis idarəsinin rəisi Nadir  Əliyev,  içməli su  idarəsinin  rəisi  Aslan Əsədov,  elektrik  şəbəkəsinin  rəis  əvəzi Sehriman  Mehdiyev  sakinlərin  qaldırdıqları  məsələləri  cavablandırmışlar.  Suvarma  və  içməli  su ilə  təminatın  yaxşılaşmasından, 1219  evə  təbii qaz verilməsindən, kəndə yeni transformator qoyulmasından  razılıq  edən  adamlar kəndarası yolların  təmirinə  ehtiyac olduğunu, aşağı  faizli  kreditlər  verilməsinin,  şərtlərin sadələşdirilməsinin  zəruriliyini də söyləmişlər.

RİH  başçısı  Alı Alıyev  qaldırılan  məsələlərin  həlli ilə  bağlı göstəriş  və tövsiyələrini  vermiş,   yerdə  qalan  müraciətlərin  də diqqətlə  araşdırılıb cavablandırılacağını bildirmişdir.

Səyyar  qəbulda  səslənən  hər  bir  şikayət, istək, təklif diqqətlə qeydə  alınmış, bir çoxu  yerindəcə  yoluna  qoyulmuşdur.

Ziyəddin SULTANOV,

 “Xalq qəzeti”nin  bölgə  müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında