Xocalı soyqırımından sonra meyitləri daşıyan vertolyotun pilotu müharibə xatirələrini çap etdirəcək

 

 

Keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin pilotu Leonid Markoviç Kravets xidməti dövrünün Dağlıq Qarabağ müharibəsi və Xocalı soyqırımı ərəfəsini əhatə edən 1989-93-cü illərlə bağlı “Dağlıq Qarabağ haqqında xatirələrim” adlı kitab nəşr etdirəcək.

APA-nın xəbərinə görə, kitab Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) təşəbbüsü ilə ərsəyə gəlir. Artıq kitabda toplanması nəzərdə tutulan xatirələrin qələmə alınmasına başlanmışdır.

UAK sədri Rövşən Tağıyev APA-ya bildirmişdir ki, kitabda müəllif həmin dövrlərdə şahidi olduğu, indiyədək cəmiyyətə məlum olmayan, yaxud az bəlli olan hərbi və siyasi olaylara yer verəcək.

Ehtiyatda olan zabit, hazırda Ukraynanın tanınmış iş adamlarından olan L.Kravets 1991-ci ilin sonlarında münaqişə bölgəsinə Rusiya Prezidenti Boris Yeltsin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Azərbaycan Prezidenti Ayaz Mütəllibovu aparan vertolyotun pilotu olmuşdur. Keçmiş pilot Azərbaycan və Ermənistanın o dövrkü siyasi rəhbərliyi ilə yaxın təmasda olmuşdur və bununla bağlı maraqlı xatirələri var. O, Xocalı soyqırımının ertəsi günü məlum kadrlarda meyitlərin yığılması zamanı yeganə vertolyotu idarə edərək, o dövrdə bütün siyasi-hərbi çəkişmələrin canlı şahidi olmuşdur. Xocalıdan savayı, Dağlıq Qarabağ və ətraf rayonlarda müxtəlif aylarda müxtəlif bölgələrdən kütləvi şəkildə qırılmış azərbaycanlıların meyitlərinin daşınmasında iştirak etmişdir.

 L.Kravets Dağlıq Qarabağa 1989-cu ildə peşəkar pilot kimi SSRİ-nin Uzaq Şərq hərbi dairəsindən göndərilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında