"Yunayted Kredit Bank" və "Paşa Sığorta" bankın işçilərinin tibbi sığortası üzrə müqavilə imzalamışlar

{nl}

"Paşa Sığorta" "Yunayted Kredit Bank"ın korporativ tibbi sığortaçısının seçilməsi üçün keçirilən müsabiqə prosesinin nəticələrinə görə qalib elan olunmuşdur.
Keçən həftə "Yunayted Kredit Bank" ASC-nin İdarə Heyətinin sədri Azad İsgəndərov və "Paşa Sığorta" ASC-nin İdarə Heyətinin sədri Nofəl Rzayev tərəfindən imzalanmış tibbi sığorta üzrə müqavilə müxtəlif kateqoriyalı bank və inzibati personalı özündə birləşdirməklə bütün işçi heyətini əhatə edir. Müqavilənin imzalanmasından əvvəl "Yunayted Kredit Bank"ın kadr-inzibati istiqamət üzrə rəhbərliyinin iştirakıyla müqavilənin icra modeli ilə bağlı təqdimat keçirilmişdir.
"Biz bank əməkdaşlarının tibbi sığorta proqramının yenilənməsinə çoxdan hazırlaşırdıq. "Paşa Sığorta" tərəfindən təklif olunan layihənin icra modeli, göstərilən xidmətlərin spektri və müqavilənin qiymət amili bizim bankımız üçün ən uyğun seçim oldu. Biz həmçinin "Paşa Sığorta" ilə digər bank sığorta məhsulları üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün yaxşı perspektivlər görürük". "Yunayted Kredit Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Vahid Əliyev müsabiqə prosesinin nəticələrini elan etdikdən sonra bildirmişdir. Öz növbəsində "Paşa Sığorta" şirkətinin əməliyyat direktoru Fuad Nəcəfli müqavilənin imzalanmasından sonra demişdir: "İri sənaye və xidmət müəssisələri ilə yanaşı, "Paşa Sığorta"nın tibbi sığorta üzrə müştəriləri sırasında Azərbaycan Mərkəzi Bankı, "Bank Respublika", "Paşa Bank", "Access Bank", "Dəmir Bank" və "Bank Avrasiya" kimi ölkənin maliyyə institutları vardır. "Yunayted Kredit Bank"ın Paşa Sığorta şirkətini özünün tibbi sığortaçısı seçmiş bankların siyahısına daxil olmasını biz şirkətdə düzgün qurulmuş risklərin qiymətləndirilməsi praktikasının və tibbi sığorta xidmətinin müştərilərin maraqlarına yüksək səviyyədə istiqamətlənməsinin nəticəsi kimi qiymətləndiririk.
Biz əminik ki, keyfiyyətli xüsusiyyətlərimiz müqavilənin imkanları çərçivəsində bank əməkdaşlarını maksimal səviyyədə məmnun etməklə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq üçün təməl yaradacaqdır".
"Paşa Sığorta"nın multi-provayder modeli əsasında qurulmuş tibbi sığorta xidməti şirkətə müraciət edən müştərilərə 24 saat xidmət göstərməklə əməkdaşlıq etdiyi tibb müəssisələri və apteklər şəbəkəsində göstərilən xidmətlərin keyfiyyətinə nəzarət edir. 2007-ci ildən "Paşa Sığorta" Böyük Britaniyanın Moody International agentliyi tərəfindən sığorta məhsullarının "ISO 9001: 2000" keyfiyyət idarəetmə standartlarına və xidmətlərinə uyğunluq səviyyəsinə görə sertifikatla təltif olunmuşdur. Tibbi sığorta xidmətinin işi də həmçinin bu beynəlxalq standartla əhatə olunmuşdur.

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında