Bakıda yeni metro stansiyası tikilir

 

 

Bakı Metropoliteninin Rusiyanın Mıtişşi zavodundan aldığı bir heyətlik - 5 vaqon texniki təchizatına görə əvvəlkilərdən xeyli fərqlənir. Bu vaqonlarda sərnişinlərin nəinki rahatlığı və təhlükəsizliyi, həm də sağlamlığı, yoluxucu xəstəliklərdən qorunması üçün texniki vasitələr quraşdırılmışdır.

“APA-Economics”in məlumatına görə, bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirmişdir.

Onun sözlərinə görə, hazırda sınaq müddəti keçən yeni vaqonlardan daha 3 heyət alınacaq və gələn il istifadəyə veriləcək “Avtovağzal”,

“Əcəmi-2” stansiyalarında istismara buraxılacaq.

T.Əhmədov bildirmişdir ki, həmin stansiyalarla yanaşı, hazırda Hərbi Hospitalın qarşısında yerləşəcək stansiyada da tikinti işləri aparılır. Oradan isə Heydər Əliyev İdman-Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaq.

“H.Aslanov” stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə uzağı, 2016-cı ildə başa çatdırılacağı gözlənilir: “Hazırda Bakı metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri gedir. Ümumiyyətlə, metro tikintisinin ən qızğın vaxtlarında belə indiki sürət olmamışdır”, - deyə metropoliten rəisi bildirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında