Horadiz sərhəd dəstəsində “Valideyn günü” keçirilmişdir

 

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasında “Valideyn günü” keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə zastavada xidmət edən hərbi qulluqçular, valideynlər və veteran sərhədçilərlə əsgərlərin çay süfrəsi arxasında görüşü olmuşdur. Qonaqlar sonra sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar.

Tədbirin rəsmi hissəsində DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abbasquliyev və Horadiz Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant Zaur Zeynalov çıxış edərək valideyn, əsgər və hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsində, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılmasında tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısından, DSX-də gedən inkişafdan, əldə olunan uğurlardan danışmışlar.

Bildirilmişdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın sərhəd mühafizəsi bu gün dinamik inkişaf edir, şəxsi heyətinin xidmət və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Qeyd olunmuşdur ki, Horadiz sərhəd dəstəsində ötən il 89 mənzilli 4 yaşayış evi, 5 sərhəd zastavası, 1 sərhəd komendantlığı tikilərək istifadəyə verilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir. 

Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasında yaradılmış şəraitdən razı qaldıqlarını bildirmiş, görüşün təşkilatçılarına təşəkkür etmiş, əsgərlərə tövsiyələrini vermişlər.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanı, fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə “Təşəkkür məktubları” təqdim edilmişdir.

Qonaqlar zastavanın şəxsi heyəti ilə birgə nahar etmişlər.

Tədbir hərbi hissənin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında