Səbaillilərin yubiley iməcilikləri Səbail rayonunda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrayon iməciliyi keçirilmişdir

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Səbail rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri görülməsi, yaşıllıqlar salınması, ağac əkilməsi planlaşdırılmışdır. Bununla əlaqədar şənbə günləri rayonun müxtəlif yaşayış sahələrində iməciliklər keçirilir.   Növbəti iməcilik Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Səbail rayonu kollektivlərindən 500 nəfərin iştirakı ilə Bakı şəhərinin cənub-qərb girişi olan “Şıx” yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir.

İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılımış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmişdir. “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə 5000 kvadratmetr sahəyə yaşıl ot qatı salınmış, 2000 ədəd yeni ağac, 200 ədəd dekorativ kollar əkilmişdir. Əraziyə xüsusi yaraşıq verən yaşıllıq güşələri yaradılmışdır. Keçən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı” ərazisində yeni velopark yaradılması məqsədi ilə 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir.

Ötən şənbə burada 10 min yeni ağac əkilmiş, parka qulluq göstərilmiş, təmizlik işləri aparılmış, ağaclar suvarılmışdır. Bayrama çevrilmiş tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin,  rayonun təsərrüfat xidmətlərinin və orta təhsil müəssisələrinin kollektivləri  fərqlənmişlər.

Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov bildirdi ki, mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, ağaclara qulluq və abadlıqla bağlı işlər davam etdiriləcək. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpasına və ətraf mühitin təhlükəsizliyinə, insanların sağlamlığına xidmət edir. Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlər isə  rayon ictimaiyyətinin ulu öndərimizin ideya və əməllərinə sadiqliyini, xatirəsinə dərin ehtiramını ifadə edir.

Böyük bayram əhval-ruhiyyəsi ilə keçirilən iməciliklərin davamlı olması,  yay aylarında rayon ərazisində bu il əkilmiş ağaclara qulluq olunması və  suvarılması nəzərdə tutulmuşdur.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında