Binəqədi rayonunda hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir

{nl}

Hazırda respublikamızın hər yerində, o cümlədən Binəqədi rayonunda gənclərin hərbi xidmətə yola salınması böyük ruh yüksəkliyi ilə həyata keçirilir. Binəqədi Rayon Hərbi Komissarlığında təşkil edilmiş təntənəli mərasimdə də bunun şahidi olduq. Rayonun hərbi komissarı Feyzi Ağabəyov çıxışında dedi:
- Dövlət başçımız İlham Əliyevin ölkə vətəndaşlarının 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında 2010-cu il iyunun 9-da imzaladığı fərmandan irəli gələn vəzifələr Binəqədi Rayon Hərbi Komissarlığında da uğurla icra olunur. Həqiqi hərbi xidmətə çağırılan gənclərimiz Vətən qarşısındakı müqəddəs borclarını ləyaqətlə yerinə yetirmək üçün ordu sıralarına həvəslə, ürəklə gedirlər. Bu da təsadüfi deyil. Çünki ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğunda böyük dəyişikliklər baş verib. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə ciddi qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü, qüdrətli ordusuna çevrilib. Gənclərin hərbi vətənpərvərlik işinin yüksək səviyyədə qurulmasına diqqət artırılıb.
Rayon hərbi komissarı daha sonra vurğuladı ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vətəndaşların həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq fərmanına əsasən respublika Müdafiə Nazirliyi və Hərbi Komissarlığın əmrinə uyğun olaraq gənclərin hərbi xidmətə çağırılması kampaniyasının uğurla həyata keçirilməsi üçün rayon hərbi komissarlığında nəzərdə tutulan bütün zəruri tədbirlər reallaşdırılmışdır. Belə ki, hərbi komissarlıqda yaradılmış komissiya indiyədək çağırışçıların və onların valideynlərinin müvafiq müraciətlərini həssaslıqla nəzərdən keçirmiş, uyğun qərarlar vermişdir. Gənclərin tibbi müayinədən keçirilməsi işi də xüsusi diqqət mərkəzində saxlanılmış, daxil olan bütün şikayətlər hərtərəfli araşdırılmışdır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev diqqətə çatdırdı ki, ölkə Prezidenti İlham Əliyevin Milli Ordumuzun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eyni zamanda, gənclərin həqiqi hərbi xidmətə yola salınması, hərbi hissələrdə yerləşdirilməsi ilə bağlı yeniliklər nəticəsində hərbi xidmətə çağırışdan yayınma hallarına, demək olar ki, təsadüf olunmur. Elə bugünkü mərasimdəki qələbəlik, təntənə də bu fikrin təsdiqidir. Belə ki, çağırışçıların hamılıqla bu mərasimə fəal şəkildə qatılması, valideynlərin ifadə etdikləri razılıq, minnətdarlıq sözləri gənclərin hərbi xidmətə münasibətlərinin əyani təcəssüumüdür.
Sonra respublika Hərbi Komissarlığının əməkdaşı Yasin Aşurov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Binəqədi Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov çıxış edərək ordu sıralarına yola düşən gənclərə ən xoş arzularını, məsləhətlərini bildirdilər.
Çağırışçı Elnur Qafarov ordu sıralarına yola düşən gənclər adından danışaraq bildirdi ki, hərbi xidmət müddətində Vətənə sədaqətlə xidmət edəcək, komandirlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirəcəklər.
Mərasimdə çağırışçılara rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin hədiyyələri verildi.
Tədbir Binəqədi qəsəbə mədəniyyət evinin instrumental ansamblının konsert proqramı ilə yekunlaşdı.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında