İqtisadi inkişaf naziri Mingəçevirdə vətəndaşlarla görüşmüşdür

 

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarla görüşür, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə köməklik edirlər.

 AzərTAc xəbər verir ki, bu məqsədlə növbəti görüş aprelin 6-da Mingəçevir şəhərində keçirilmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev bölgənin əhatə etdiyi 9 şəhər və rayondan olan vətəndaşların müraciətlərini dinləmişdir.

Görüş zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir şəxsin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar vermişdir.

 Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın rayonlarından və Mingəçevir şəhərindən olan sakinlərin müraciətləri dinlənilmişdir. Görüşə gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı istəklərini bildirmişlər.

Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmişdir. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin regionlarda növbəti görüşü aprelin 20-də Şirvan şəhərində keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında