Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşlarla görüşmüşdür

 

 

Aprelin 6-da Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Qubada  vətəndaşlarla görüş keçirmişdir. Görüşə Quba ilə yanaşı, şimal regionunun digər rayonlarından olan sakinlər də qatılmışlar.

 DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləmiş, təkliflər barəsində birgə fikir mübadiləsi aparılmışdır.

Görüşdə dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparmışlar.

Görüşdə vətəndaşlardan  20-yə yaxın şikayət daxil olduğunu bildirən DQİDK-nın sədri Elşad İskəndərov bu məsələlərin tezliklə həll ediləcəyini bildirmişdir. O, həmçinin şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirmişdir.

Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilmişdir. Həmçinin, yaxın bir ay ərzində Qubada din xadimlərinin iştirakı ilə regional konfransın keçirilməsi də qərara alınmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında