Qəbələ RLS-in təhvil-təslimi ilə bağlı komissiyalar çərçivəsində iş başa çatmışdır

 

 

Qəbələ RLS-in təhvil-təslimi ilə bağlı komissiyalar çərçivəsində iş başa çatmışdır. AzərTAc xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında demişdir.

X.Xələfov bildirmişdir ki, Qəbələ RLS-in təhvil-təslimi iki mərhələdən ibarətdir. Birinci mərhələdə inventarlaşdırma aparılmalı idi ki, biz bu işi başa çatdırdıq. İkinci mərhələ isə tam təhvil-təslim işini - Rusiyaya məxsus olan əmlakın daşınmasını, bu stansiyada çalışan heyətin, onların ailə üzvlərinin getməsi ilə əlaqədar məsələlərin həllini nəzərdə tutur. Azərbaycan tərəfindən lazımi tədbirlər həyata keçirilmiş, təhvil-təslim ilə bağlı bütün sənədlər rəsmiləşdirilmişdir. Stansiya artıq fəaliyyətini tamam dayandırmışdır. Oradan Rusiyaya aparılacaq əmlak artıq müəyyən saxlama yerlərinə yığılmış və həmin ölkə tərəfindən bu əmlakın daşınması üçün tədbirlər həyata keçirilir.

X.Xələfov vurğulamışdır ki, Qəbələ RLS-in təhvil-təslimi istiqamətində Rusiya ilə təmaslar və danışıqlar tam qarşılıqlı anlaşma şəraitində keçirilir. Danışıqlar Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun şəkildə baş tutmuş və heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər operativ surətdə öz həllini tapmışdır. Hazırda Rusiya tərəfindən göndərilən təyyarələrlə daşınma prosesi həyata keçirilir və bütün lazımi tədbirlər görülür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında