Heydər Əliyev Fondu Yunanıstan səfirliyi ilə birgə internat məktəblərində alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihə həyata keçirəcəkdir

İyulun 12-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas ilə görüşmüşdür.
Qonağı fondda salamlayan Mehriban xanım Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin bütün sahələri əhatə etdiyini söylədi. Fondun fəaliyyətinin çoxşaxəli olduğunu deyən Mehriban xanım gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirərək qeyd etdi ki, Heydər Əliyev Fondu beynəlxalq əlaqələrə, birgə layihələrə hər zaman açıqdır.
Səfir İoannis Metaksas Bakıya gələndən sonra fondun fəaliyyəti ilə daha yaxından tanış olduğunu bildirdi, qurumun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı. O, Prezident İlham Əliyevin və Mehriban xanımın Afinaya ötənilki səfərlərini xatırlatdı.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan internat məktəblərində alternativ enerji mənbələrindən istifadə məsələləri müzakirə olundu. Yunanıstan səfirliyi pilot layihə kimi Badamdar və Türkan qəsəbələrindəki iki internat məktəbində bu layihəni həyata keçirəcəkdir.
Səfir fonda yodun çatışmazlığı diaqnostikasını aparan ultrasəs müayinəsi aparatı təqdim etdiyini bildirdi. Bu aparat ölkəmizin xəstəxanalarından birinə veriləcəkdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında