Dövlət Sosial Müdafiə Fondu yerlərdə bölgə sakinləri üçün qəbullar keçirəcəkdir

 

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatı getdikcə yüksəlir, əhalinin rifah halının yaxşılaşması üçün bir sıra proqramlar qəbul edilir, onların sosial problemləri müsbət yönümdə həll edilir. Artıq ölkə vətəndaşlarının dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi üçün tədbirlər görülür, onların arzu və təklifləri yerlərdə öyrənilir, problemlərlə bağlı müəyyən istiqamətdə işlər aparılır.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçıları, eləcə də pensiya yaşına çatmayan ölkə vətəndaşlarını maraqlandıran suallar, sənədlərin hazırlanması zamanı yaranan çətinliklər, anlaşılmazlıqlarla tanış olmaq və onların problemlərini yerindəcə həll etmək məqsədilə qəbullar keçirilir. Dövlətin ölkə vətəndaşlarına qayğısının bariz nümunəsi olaraq bu görüşlərin fərqi ondadır ki, sakinləri düşündürən məsələlərin həlli ilə bağlı müzakirələrin aparılacağı bu qəbulların əhalinin yaşayış məskənlərinə yaxın ortaq bölgələrdə keçirilməsi qərara alınmışdır.

Bildirək ki, DSMF-nin sədri Səlim Müslümov 2013-cü il aprel ayının 10-da saat 11.00-da DSMF-nun Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərini qəbul edəcək və elə yerindəcə onların problemlərinin həlli istiqamətində qərarlar qəbul ediləcəkdir. Ertəsi gün 11 aprel 2013-cü il tarixində saat 10.00-da isə bu qəbildən növbəti qəbul DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında baş tutacaqdır. Həmin gün Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək və və zəruri tədbirlərin görülməsi planlaşdırılacaqdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda bildirilir: “Qəbula yazılmaq istəyən vətəndaşlardan xahiş olunur ki, “info @ sspf.gov.az ” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, 172-5-05-25 nömrəli telefon vasitəsilə DSMF-nin  Xaçmaz rayon şöbəsinə və 018-652-02-94, 018-652-01-98 nömrəli telefonlar vasitəsilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etsinlər”.

Qeyd etmək lazımdır ki, DSMF sədrinin qəbuluna ətraf rayonlardan gəlmək istəyən vətəndaşlar bilməlidirlər ki, onlar həmin gün səhər saat 9.00-da müvafiq rayon şöbələrindən əvvəlcədən təşkil edilmiş nəqliyyatla təmin ediləcəklər.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında