Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş ofisinin nümayəndəsi Baş Prokurorluqda olmuşdur

 

 

Bakıda işgüzar səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş ofisinin nümayəndəsi xanım Yanne Holst Hübner Azərbaycan Respublikasının Baş Prokurorluğunda, eləcə də tabe rayon (şəhər) və hərbi prokurorluqların əməkdaşları ilə bir sıra görüşlər keçirmiş, quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələrini təqdim etmişdir.

Keçirilən görüşlərdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluğu BPA-nın təşkilati üzvüdür, iki yüzdən artıq prokurorluq əməkdaşı isə bu nüfuzlu beynəlxalq quruma fərdi qaydada üzv olmuşdur.  

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, təmsil olunduğu qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin  BPA-nın fəaliyyətinə verdiyi mühüm töhfələri və görülən digər səmərəli işləri yüksək qiymətləndirmişdir.

Tədbirlərdə, həmçinin cinayətkarlığa qarşı mübarizədə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsində Assosiasiyanın əhəmiyyətli rolu vurğulanmış, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bu istiqamətdə fəallığın artırılmasının zəruriliyi qeyd edilmişdir.

Bundan başqa, beynəlxalq səviyyədə əlaqələrin daha da inkişaf etdirilməsində xüsusi rol oynayan BPA-nın veb-saytının rus dilində olan versiyasının təkmilləşdirilməsinə, zəruri virtual şəraitin təşkil olunmasına, eləcə də prokurorluq əməkdaşlarının saytdan daha səmərəli şəkildə istifadəsinə dair müzakirələr aparılmışdır.

Görüşlərdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında