Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanın 400-dək vətəndaşı mina və partlamamış sursatların qurbanı olmuşdur

 

 

“Azərbaycanda 3000-dək şəxs mina və partlamamış hərbi sursatların qurbanı olmuşdur. Mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir”.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAK İB) sədri Hafiz Səfixanovun APA-ya verdiyi məlumata görə, hazırda Azərbaycanın mina qurbanları olmayan regionu yoxdur: “Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdə olduğundan 2 dəfə çoxdur. Atəşkəs müqaviləsi imzalandıqdan sonra 400-dək vətəndaşımızın minaların və partlamamış hərbi sursatların qurbanı olması qeydə alınmışdır. Bütün bunları nəzərə alaraq İctimai Birlik mina qurbanlarına hərtərəfli yardımların göstərilməsini, minaların təmizlənməsi əməliyyatlarının sürətləndirilməsini və əhali arasında mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin gücləndirilməsini vacib hesab edir və bu tipli kampaniyalarda aktiv iştirak edir”.

 H. Səfixanov bildirmişdir ki, hazırda dünya ölkələrinin 80%-dən çoxu (161 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) və 111 ölkə Kasetli Silahlara dair Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 36 dövlət Ottava Konvensiyasına qoşulmayıb. Son hesabatlara görə, 60 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır, milyardlarla ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunmuşdur. Bu Konvensiyaların qəbul olunmasından sonra yüz kilometrlərlə ərazi belə silah-sursatların təsirindən təmizlənib, 46 milyon ədəd mina və kasetli silah məhv edilmişdir. Bütün bunlara baxmayaraq hələ də hər gün 12 nəfərin mina qurbanı olması qeydə alınır.  Azərbaycan Respublikası hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da, bu sənəddən irəli gələn vəzifələri yerinə yetirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında