Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır

{nl}

İyulun 12-də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO -nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas imzalamışlar.
Qonağı Heydər Əliyev Fondunda səmimi salamlayan Mehriban xanım Əliyeva mədəniyyət, təhsil, səhiyyə, hüquq sahələrini əhatə edən əməkdaşlığın rəsmiləşdirilməsindən məmnunluğunu bildirdi. Bununla ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyən Heydər Əliyev Fondunun prezidenti sənədin gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına ümidvar olduğunu söylədi.
Mehriban xanım qeyd etdi ki, Heydər Əliyev Fondu bu istiqamətdə əməkdaşlığa hazırdır.
Səfir Kestutis Kudzmanas Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, fondun gördüyü işləri, reallaşdırdığı mühüm layihələri yüksək qiymətləndirdi.
Litva səfiri fondun uşaqlarla bağlı çox mühüm layihələr həyata keçirdiyini deyərək, imzalanan memorandumun azərbaycanlı gənclər üçün yeni imkanlar açdığını söylədi. Belə ki, memorandum çərçivəsində bu il xüsusi istedada malik 20 azərbaycanlı gənc Litvanın aparıcı universitetlərində ödənişsiz əsaslarla təhsil almaq hüququ qazanacaqdır. Vurğulandı ki, Litva səfirliyi Heydər Əliyev Fondunu azərbaycanlı gənclərin bu ölkədə təhsil alması üçün ən yaxın tərəfdaş hesab edir.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında