Bakı-Afina aviareysi açılır

 

 

Mayın 28-dən etibarən Afina-Bakı marşrutu üzrə birbaşa aviareys açılacaq. Bu barədə “APA-Economics”ə sözügedən aviareysin sifarişçisi olan Yunanıstanın “Nomos Travel” şirkətinin rəsmi nümayəndəsi xanım Tatyana Şmıqina məlumat vermişdir.

Onun sözlərinə görə, aviareys mövsümi xarakter daşıyır və bu ilin oktyabrın 25-dək davam edəcək: “Afina-Bakı-Afina aviareysi üzrə uçuşları Yunanıstanın “Aegean Airlines” aviaşirkəti yerinə yetirəcək. Yunanıstan paytaxtından Bakıya uçuşlar yerli vaxtla saat 23:45-də, Bakıdan Afinaya isə saat 07:00-da yerinə yetiriləcək. Uçuşlar hər həftənin III və V günləri 168 nəfərlik “Airbus A-320” avialayneri ilə yerinə yetiriləcək. Bakıdan Afinaya ilk uçuş mayın 29-da həyata keçiriləcək”.

T.Şmıqina onu da əlavə etmişdir ki, şirkət tərəfindən aparılan təhlil bu marşruta kifayət qədər marağın olduğunu göstərmişdir: “Hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 330 avro təşkil edir. Bu məbləğə bütün rüsum və yığımlar daxildir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında