Heydər Əliyev Fondu Fransa səfirliyi ilə birgə layihə reallaşdıracaqdır

İyulun 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fransanın ölkəmizdəki səfiri Qabriel Keller ilə görüşmüşdür.
Mehriban xanım Əliyeva Fransa Prezidentinin sərəncamına əsasən, bu ölkənin "Şərəf Legionu" ordeni ilə təltif edilməsi ilə bağlı təşəkkürünü bildirərək, bu mükafatın onun üçün böyük şərəf olduğunu söylədi.
Heydər Əliyev Fondunun prezidenti qeyd etdi ki, Azərbaycan ilə Fransa arasında əlaqələr çox möhkəmdir. Fond bu əlaqələrin, xüsusilə də mədəni sahədə əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
Mehriban xanım Əliyeva gələcəkdə daha geniş birgə layihələrin həyata keçiriləcəyinə və bunun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Fransa-Azərbaycan əlaqələri ilə bağlı Mehriban xanım Əliyevanın fikirlərini bölüşdüyünü deyən səfir Qabriel Keller, ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.
Görüşdə Bakıda Heydər Əliyev Fondu ilə birgə Fransa məktəbinin yaradılması məsələsi də müzakirə edildi. Layihə ölkələrimiz arasında ikitərəfli münasibətlərə öz töhfələrini verəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında