Dalay Lama Azərbaycana məktub göndərmişdir

 

 

Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini-mənəvi lideri Dalay Lama Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil edəcəyi Cənubi Qafqaz Forumu ilə əlaqədar fikirlərini açıqlamış və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə məktub göndərmişdir.

XIV Dalay Lama 1935-ci ilin iyulunda Tibetin Amdo əyalətinin şimal-şərqindəki geniş vadinin başı üzərində ucalan təpənin üstündə yerləşən kiçik bir kənddə — Takserdə doğulmuşdur. Həmin ərazi hazırda Çinin Sinxay əyalətinə daxildir. Körpəyə Lxamo Txondup (arzuları yerinə yetirən ilahə) adı vermişlər. Tibetdə uşağa ad qoyarkən onun oğlan və ya qız olduğunu nəzərə almırlar. Buna görə də Dalay Lamaya qız adı qoyulmuşdur. O, ailədəki 16 uşağın doqquzuncusu idi. Böyük qardaşı Txubten Ciqme Norbu ali lama Takser Rinpoçenin ruhunun daşıyıcısı hesab olunurdu və Tibetin ən məşhur monastırı Kumbumun rəhbəri idi. XIV Dalay Lama özünün avtobioqrafik “Mənim  torpağım və mənim xalqım” adlı kitabında yazır: “Mən varlı aristokratik ailədə doğulsaydım, kasıb xalq kütlələrinin arzu və istəklərinə, dərd-sərinə yaxından bələd ola bilməzdim. Ancaq sadə mənşəyim sayəsində mən onların fikir və duyğularını dərk edir, onların halına yanır, vəziyyətlərinin yaxşılaşmasına çalışıram. 1937-ci ildə XIII Dalay Lama vəfat etdikdən sonra onun ruhunun kimə keçdiyini axtaran lama qrupu Takser kəndinə gəlir. XIII Dalay Lamanın əşyalarını, oyuncaqlarını görən balaca Lxamo Txondup onlar mənimdir deyir. Bəzi yoxlamalardan sonra lama qrupu XIII Dalay Lamanın ruhunun Lxamo Txondupa keçdiyini bildirir. Lakin XIV Dalay Lama özü V Dalay Lamanın (onu xüsusi xidmətlərinə görə ”Böyük Beşinci" adlandırırlar) ruhunun daşıyıcısı olduğunu deyir. Lxamo Txondupun atası Çoykon Serinq, anası Sonam Somo (sonralar Diki Serinq adını qəbul etmişdir) çovdar, buğda, kartof yetişdirməklə məşğul olmuşdur. Ailənin uşaqlarından doqquzu kiçik yaşlarında ölmüşdür.

XIV Dalay Lama 1989-cu ildə Nobel mükafatına layiq görülmüş, 2006-cı ildə ABŞ-ın ən yüksək medalı olan Konqresin Qızıl medalı ilə təltif olunmuşdur. 2011-ci ilə qədər Tibet mühacir hökumətinə rəhbərlik etmişdir.

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göndərdiyi məktubda Dalay Lama qeyd etmişdir ki, XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvinin insan hüquqlarına belə həssaslıqla yanaşdığını araşdırmaq və əsərlərində insan hüquqlarını təbliğ etməsini görmək təsirləndirici haldır və bir örnək hesab edilə bilər: “XXI əsrin utancverici halı olan qadın alveri, insan hüquqlarının pozulması kimi qlobal problemə 9 əsr bundan öncə yaşamış mütəfəkkir Nizami müdrikcəsinə cavab vermişdir. Onun qul olaraq ona göndərilən qadını azad edərək kənizi etməsi, qadına göstərdiyi qayğı cəmiyyət üçün çox önəmli bir haldır. Bəşəriyyətin anlaşması və birliyi baxımından bugünkü dünyanın dərin qarşılıqlı təbiətini anlamaq, bu qlobal məsələnin həllində effektiv beynəlxalq fəaliyyəti qurmaq üçün Nizami kimi ümumbəşəri dəyərləri birləşdirən mütəfəkkirlər müstəsna rol oynayır”.

Dalay Lama mərkəzin bəşəriyyət üçün önəmli olan problemlərə belə diqqətlə yanaşmasını yüksək qiymətləndirdiyini qeyd etmişdir.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Gəncə Şəhər İcra Hakimiyyəti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılacaq.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında