Pirallahı rayonunda genişmiqyaslı layihələr reallaşdırılacaqdır

 

 

Yeni yaradılmış Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Çilov adasında fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri ilə geniş tərkibliiclas keçirmişdir.

Pirallahı rayonunun yaradılmasını ölkə başçısının regionların, eləcə də Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət proqramlarına yeni bir töhfə olduğunu vurğulayan icra başçısı, bunun rayona daxil olan adaların gələcək inkişafına, buranın əhalisinin sosial-rifah halının yüksəldilməsinə Prezident İlham Əliyevin diqqət və qayğısı kimi qiymətləndirmişdir.

“28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev idarə haqqında danışmış, “Günəşli” və “Çilov” yataqları haqqında,  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbəsi üzrə nümayəndəsi Mahmud Məmmədov adada qeydiyyatda olan və daimi yaşayan sakinlərin sayı barədə məlumat vermiş, sənaye müəssisələrindən “28 May” NQÇİ, Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin gəmi təmiri emalatxanası, çörəkbişirmə sexi, sosial yönümlü obyektlərdən məktəb, xəstəxana, uşaq bağçası, mədəniyyət evinin olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, 2010-cu ildə inşa edilmiş bağçada 30 uşaq tərbiyə alır, 20 çarpayılıq xəstəxana isə 1952-ci ildə tikilmişdir, təmirə və yeni avadanlıqlarla təminata ehtiyac duyulur. 2007-ci ildə təmir edilmiş 131 saylı məktəbin direktoru Rəfail Musayev rəhbərlik etdiyi kollektiv barədə ətraflı məlumat vermişdir.

Rayon icra hakimiyyətinin başçısı  Çilov adası sakinlərinin, xüsusən neftçilərin rifah halının yüksəldilməsi üçün xeyli işlər görüldüyünü qeyd etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq işlərinin vüsət aldığını vurğulayan icra hakimiyyətinin başçısı bu işlərin tərkib hissəsi kimi ARDNŞ tərəfindən Çilovda yeni yataqxana kompleksinin, ƏKS OSMOS qurğusunun tikildiyini, əhalinin içməli su ilə təminatının yaxşılaşdırıldığını, yolların asfalt örtüyünün yeniləndiyini, ekoloji sağlamlıq istiqamətində xeyli iş görüldüyünü, geniş yaşıllıq zolaqlarının salındığını nəzərə çatdırmışdır. Qəsəbədə uzun müddətdir istismarda olan köhnə evlərin planlı şəkildə 1 və 2 mərtəbəli müasir binalarla əvəz olunacağını bildirən icra başçısı Çilovda mövcud sabitliyin qorunması, adaya gəlib-gedənlərə daim nəzarət edilməsi barədə müvafiq orqanların nümayəndələrinə göstərişlər vermişdir.

Daha sonra ada sakinləri ilə Çilov Mədəniyyət evində görüş keçirilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında