Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir

 

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamla təsdiq edilmiş Əlavəyə uyğun olaraq, Bakı Dövlət Universitetinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni salınmış məhəlləyə köçürülməsi həyata keçirilir.

Artıq bu günədək 270 ailənin yeni məhəlləyə köçürülməsi təmin olunmuşdur və bu proses davam etdirilir.

Lakin son günlər bəzi müxalifət qəzetlərində bu köçürülmə prosesi ilə bağlı həqiqətə söykənməyən, heç bir əsası olmayan, qərəzli yazılar dərc edilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi tam şəffaf, obyektiv şəraitdə, məcburi köçkünlərin özlərinin bilavasitə iştirakı ilə həyata keçirilir. Belə ki, bu məqsədlə Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin, məcburi köçkün icmalarının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarət xüsusi komissiya yaradılmışdır. Binaların və mənzillərin paylanılması həmin komissiya tərəfindən püşkatma yolu ilə həyata keçirilir. Otaqların sayı ailələrin say tərkibinə uyğun olaraq müəyyənləşdirilir. Köçürülmə prosesi 2009-2010-cu illərdə Bakı Dövlət Universitetinin yataqxanalarında faktiki müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin tərtib olunmuş siyahıları əsasında və yeni ailə qurmuş gənc ailələr və yeni anadan olmuş uşaqlar da nəzərə alınmaqla icra edilir.

Ancaq köçürülmə zamanı köçürülmə obyektində yaşamayan, yerli vətəndaşlarla ailə quraraq köçürülmə ərəfəsində nigahlarını süni şəkildə ləğv etmiş şəxslər, digər ərazilərdə müvəqqəti məskunlaşmış, lakin son vaxtlar mənzil əldə etmək məqsədi ilə yataqxanalarda yaşayan qohumlarının yanına gələn məcburi köçkünlər mənzillə təmin olunmalarını tələb edir, əsassız olaraq müxtəlif şayiələr yayır, təxribatçı hərəkətlərə yol verirlər.

Belə vəziyyətdən isə bəzi müxalifət qüvvələri öz məqsədləri üçün istifadə etməyə, dövlətin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi genişmiqyaslı tədbirlərə kölgə salmağa cəhd göstərirlər.

Bütün bunlardan sonra bu cür yazı müəllifləri bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər Azərbaycan hökumətinin gündəlik nəzarəti altında olduğundan və bu sahədəki işlər sistemli şəkildə icra edildiyindən burada heç bir mənfi hala yol verilmir və yol verilə bilməz. Ona görə də bu cür yazı müəllifləri şər-böhtana yox, yalnız reallığa əsaslanmalıdırlar.

Mətbuat xidmətinin məlumatında bir daha vurğulanır ki, bu cür təxribatçı, şər-böhtan xarakterli yazıların heç bir əsası yoxdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında