Dövlət Gömrük Komitəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir

 

 

Dövlət Gömrük Komitəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə olunacağı barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilmişdir. Uğurla gerçəkləşdirilən əməliyyat tədbirləri nəticəsində  narkotik vasitənin alqı-satqısını həyata keçirmək üçün Lənkəran şəhərinə gəlmiş Orucov Sərdar Orucəli oğlu və Abbasov Emin Mirdavud oğlu özləri ilə gətirdikləri 1 ədəd idman çantasının içərisində, 10 ədəd polietilen bağlamaların daxilində olan külli miqdarda, ümumi xalis çəkisi 9 kiloqram 980 qram narkotik vasitə olan həşiş qətranını şərti alıcı qismində Dövlət Gömrük Komitəsinin əməkdaşına satmaq istəyərkən saxlanılmış və keçirilmiş baxış zamanı çantadan həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. DGK İstintaq İdarəsində qeyd olunan faktla bağlı cinayət işi başlanmışdır.

Beləliklə, 9 kiloqram 980 qram narkotik vasitə olan həşiş qətranını satmaq istəyən Orucov Sərdar Orucəli oğlu və Abbasov Emin Mirdavud oğlu şübhəli şəxs qismində saxlanılmış, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və Yasamal Rayon Məhkəməsi tərəfindən barələrində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.     Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında