Bakının mərkəzindən “Olimpiya” stadionuna qədər inşa ediləcək yeni yolun istiqamətləri açıqlandı

 

 

Bakının mərkəzindən “Olimpiya” stadionuna qədər yeni yol inşa ediləcək.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat vermişdir.

Onun sözlərinə görə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel nəzərdə tutulan bu yol başlanğıcını Həsən Əliyev küçəsinin sonundan götürməklə birbaşa “Olimpiya” stadionuna qədər uzanacaq. Yolun ümumi uzunluğu 7 kilometrdən artıq, hərəkət zolaqlarının sayı isə 6 olacaq. Yol boyu tunellərin, yolötürücülərin tikintisi planlaşdırılır.

Yolun istifadəyə verilməsi Bakı şəhərinin mərkəzindən “Olimpiya” stadionuna birbaşa hərəkəti təmin etməyə, Heydər Əliyev prospektində hərəkət intensivliyini azaltmağa, “Azadlıq” meydanı – Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomagistralına və “Olimpiya” stadionuna maneəsiz, tıxacsız, sürətli bağlantılar yaratmağa imkan verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında