Əli HÜSEYNLİ: “Ölüm cəzası ömürlük həbslə müqayisədə heç də ağır cəza deyil”

 

 

“Ölüm cəzası demokratik və sivil ölkələrdə qəbul olunmayan cəza növüdür”

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli demişdir.

Ə.Hüseynli bu məsələ ilə bağlı müzakirələr aparılanda ABŞ-ın misal göstərildiyini vurğulamışdır: “ABŞ demokratik ölkə olmaqla yanaşı, həm də insan hüquqlarının tez-tez pozulmasına rast gəlinən yerdir. Ölüm cəzası isə insan hüquqları ilə birbaşa bağlı olan məsələdir. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlar ABŞ-da ölüm cəzasının mövcudluğu ilə bağlı mənfi rəylər verirlər. Bunu ona görə söylədim ki, bizim üçün model insan hüquqlarını öz konstitusiyasında tətbiq edən ölkələrdir”.

Ə.Hüseynli qeyd etmişdir ki, Azərbaycanda ölüm cəzasının ləğvi hansısa beynəlxalq öhdəlikləri yerinə yetirməklə bağlı olmamışdır: “Azərbaycanda son dəfə ölüm hökmü mərhum prezident Əbülfəz Elçibəy və o zaman prezident səlahiyyətlərini qısa müddətdə icra edərkən səlahiyyətlərindən sui-istifadə edən İsa Qəmbər tərəfindən tətbiq olunmuşdur. Bundan sonrakı mərhələdə ölüm hökmü ləğv olunmuşdur. Azərbaycanda ölüm cəzasının ləğvi təbii proses olmuş və prezident Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. Xüsusi amansızlıqla törədilən cinayətlər baş verdikdə, ictimaiyyət yenidən ölüm cəzasının tətbiq olunması fikrinə qayıdır.

Vurğulamaq istərdim ki, sivil hakimiyyətin rolu ondan ibarətdir ki, ictimai fikrin önündə getsin. Heydər Əliyevin böyüklüyü ondan ibarət idi ki, o, ictimai fikrin önündə idi. O bu qərarı qəbul etdi və parlament onu dəstəklədi. Beləcə, ictimai fikri öz arxasınca apara bildi.

Artıq 20 ildir ki, Azərbaycanda ölüm cəzası mövcud deyil. Bu məsələyə məntiqli yanaşaraq onu deyə bilərəm ki, bu cür qərarlar qəbul edərkən ictimai fikri mütləq şəkildə öyrənmək lazımdır. Artıq bizim konstitusiyamızda ölüm cəzasının tətbiqi ilə bağlı müddəa mövcud deyil. Ölüm cəzasının tətbiqi ilə bağlı elə bir hüquqi baza yaratmışıq ki, ayrı-ayrı siyasi xadimlərin və ictimaiyyət nümayəndələrinin fikirləri ilə həll oluna bilməz. Mənim fikrimcə, ölüm cəzasının tətbiq edilməsi elə insanı öldürmək deməkdir və onunla cinayət törədən tərəf arasında heç bir fərq yoxdur.

Ağır cinayət törətmiş şəxslər həqiqətən ağır cəzaya məruz qalmalıdırlar. Amma ölüm cəzası ömürlük həbslə müqayisədə heç də ağır cəza deyil. Mən bir daha vurğulamaq istəyirəm ki, yaşamaq hüququna dövlətin hər hansı müdaxiləsi yolverilməzdir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında