Masallıda 31 Mart soyqırımı qurbanları anıldı

 

 

Masallının rayon mərkəzindəki “Xatirə parkı”nda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvü Nəriman Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, ziyalılar, məktəblilər və minlərlə sakin iştirak etmişdir.

Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə gül dəstələri düzərək onların xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.

Anım mərasiminin davamı olaraq Masallı Rayon Gənclər Mərkəzində azərbaycanlıların soyqırımı mövzusunda əbədi-bədii kompozisiya təqdim olunmuşdur. Faciələrimizin heç zaman unudulmaması, gənclərin qanlı tariximizi dərindən bilmələrinin vacibliyi təsirli poetik vasitələrlə diqqətə çatdırılmışdır.

 

Ə.ƏLİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında