Ümumi uğur naminə

Hərbi hissə və bölmələrdə döyüş hazırlığı ilə bağlı kompleks tədbirlər bir məqsədə istiqamətlənib. Sadə dildə ifadə etsək, müharibə dövründə nə lazımdırsa, dinc dövrdə məşğələ və təlimlərdə döyüş kollektivlərinə öyrədilir. Hər bir bölmənin qarşısında konkret vəzifələr durduğundan, təbii ki, onlar ixtisaslarına uyğun hərbi bilik və vərdişlərə yiyələnirlər. Döyüş hazırlığı prosesində təmirçilərin özünəməxsus rolu və gördükləri işlərin önəmi var.
Hamıya yaxşı bəllidir ki, müharibədə itkilərsiz keçinmək olmur. Hərbi əməliyyatlar zamanı qoşunlar canlı qüvvə sarıdan itki verdiyi, döyüşçülər arasında yaralanma halları olduğu kimi, hərbi texnika və silahlar da sıradan çıxır, zədələnir. Ancaq insanlardan fərqli olaraq, müharibədə döyüşlərin müvəffəqiyyətlə başa çatmasında önəmli rol oynayan silah və texnikanı daha tez bərpa edib sıraya qaytarmaq mümkündür. Bundan ötrü təmirçilərdən yüksək peşəkarlıq, cəsarət və doğma Vətənə ürəkdən bağlılıq, vətənsevərlik tələb edilir. Bu zəruri keyfiyyətlər isə döyüş və ixtisas hazırlığı məşğələ və təlimlərində əldə edilir.
Səhərin erkən çağlarında "həyəcan" siqnalı verilən kimi bütün şəxsi heyət yerindən qalxıb təlimata uyğun hərəkətə başladı. Hər bir bölmə belə anlarda nə etməyin tələb olduğunu yaxşı bilir və ilk anlarda lazım olan əraziyə mütəşəkkil qaydada çıxmağı bacarır. Bölüklərin bundan sonrakı fəaliyyəti isə alınan komandalardan asılı idi.
Taktiki xüsusi təlimə təmirçilər əvvəlcədən yetərincə hazırlaşmışdılar.
- Şəxsi heyət, ümumiyyətlə, vəzifəsinə uyğun olaraq, həm dinc dövrdə, həm də hərbi əməliyyatların aparıldığı şəraitdə sıradan çıxmış silah və texnikanın təmiri ilə məşğul olur, - zabit M.Hüseynov bizimlə söhbətində qeyd etdi. - Döyüş hazırlığı dərslərində, praktik məşğələlərdə və bilavasitə iş prosesində bizim mütəxəssislər öz peşəkarlığını artırmağa çalışırlar. Hərbi hissəmizdə öz vəzifəsini bilən və sevən neçə-neçə zabit və gizir çalışır və onlar öz təcrübə və ustalıqlarını əsgərlərə də həvəslə öyrədirlər. Yuxarı komandanlığın böyük önəm verdiyi bu əməliyyatlarda iştirak etmək üçün ən bacarıqlı hərbçilərimiz cəlb edilmişdilər.
Daha bir texnika üzərində isə verilmiş müdaxiləyə əsasən baxış keçirərkən məlum oldu ki, onu təmirçilər öz güclərilə sıraya qaytara bilməyəcəklər. Ona görə həmin döyüş maşını yuxarı komandanlığın tabeliyində olan zədələnmiş texnikanın toplanma məntəqəsinə xüsusi yedəkçi maşınla təxliyyə edildi.
Təlimə yekun vurularkən yuxarı komandanlıq təlimdə iştirak edən hər bir bölmənin fəaliyyətini ətraflı təhlil etdi, müsbət və çatışmayan cəhətləri hərbçilərin diqqətinə çatdırdı. Təmir-təxliyyə qrupunun fəaliyyəti də komandanlığın nəzərindən qaçmadı.
- Ümumiyyətlə, bu təlim zamanı vəzifəsinə vicdanla yanaşan hərbçilərdən kapitan Elman Əkbərovun, baş leytenant Rasim Məmmədovun, həmçinin sürücü-mexanik çavuş Əlzamin Əhmədovun, çavuş Pərviz Məmmədovun, əsgər Məhəmməd Məmmədyarovun, Xəyal Rəhmanovun adlarını qeyd etmək istəyirəm, - zabit M. Hüseynov bildirdi. - Onlar təlim zamanı bütün bölmələrin ümumi uğuru naminə bacarıqlarını əsirgəmədilər.

{nl}

Əbülfət QASIMOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında